Tribuna İnformasiya Agentliyi

Tağı Əhmədovun bahalı portreti sifariş olundu – VİDEO

09 Mart

“Bakı Metropoliteni”nin keçmiş rəisi Tağı Əhmədovun bahalı portreti sifariş edilib.

Unikal.org-un əldə etdiyi məlumata görə bu portret keçmiş Metropoliten rəisinin özünə təqdim olunub.

Məlumatı dəqiqləşdirmək üçün portretin müəllifi olan rəssam Könül Məmmədova ilə əlaqə saxladıq. Xanım rəssam saytımıza məlumatı təsdiqləyib.

O, sözügedən portreti bir neçə günə hazırladığını deyib.

Bildirib ki, portret Tağı Əhmədovun yaxın qohumlarından biri tərəfindən sifariş edilib. Onun qiyməti isə 300 manat olub. Yaxın qohumu həmin əl işini Tağı Əhmədova özəl günlərdən birində təqdim etmək üçün sifariş edibmiş.