Tribuna İnformasiya Agentliyi

Tacikistanda imamlar ianə hesabına Leninin heykəlini bərpa ediblər

10 Sentyabr

Tacikistanda müsəlman din adamları məscidlərdə topladıqları həftəlik ianələrlə Leninin heykəlini bərpa ediblər.

Bolşevik-kommunist ideyasının daşıyıcı olan Lenin rəhbərliyi ilə qurulan və Tacikistanın da 15 respublikasından biri olan Sovet İttifaqında 70 il ateizm ideologiyası tətbiq edilib.

Leninin Şaruz şəhərinin mərkəzində tapılan heykəli iki il öncə naməlum şəxslər tərəfindən devrilmişdi.

Azadlıq Radiosunun tacik xidmətinin məlumatına görə, hücum nəticəsində heykəlin əli qırılmışdı. Bərpa zamanı heykələ həm yeni əl yapılıb, həm də Lenin qızılı rəngə boyadılıb.

Şaruz Şəhər Şurasından Mehriniso Rajabova deyib ki, heykəlin bərpası üçün pul toplamaq təklifi imamlardan gəlib:

“Heykəli təmir etdirdilər, heykəlin ətrafındakı parkı da düzəltdilər, fəvvarələr qurdurdular”.

Ozadi radiosuna (Azadlıq radiosu) danışan bir imam heykəlin bərpasına çəkilən xərci açıqlamasa da deyib ki, hər məscid həftədə 100 dollar ianə toplayıb.

Şaruzdaki Lenin heykəli 1980-ci ildə qoyulmuşdu.

11 il sonra müstəqilliyini elan edən ölkədə Leninin çoxlu heykəli yıxılsa da, Şaruzdakı heykəl tarixi dəyər daşıdığı üçün yerində qalmışdı .