Tacikistan prezidentinin bacısı koronavirusdan VƏFAT ETDİbackend

Tacikistan prezidentinin bacısı koronavirusdan VƏFAT ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tacikistan Prezidenti Emomali Rahmona ağır itki üz verib.

TİA.AZ “RIA Novosti”yə istinadla xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Tacikistan liderinin bacısı, 64 yaşlı Kurbonbi Rahmonova ötən gün vəfat edib.

Tacikistan Səhiyyə Nazirliyindən verilən məlumata görə, Rahmonova koronavirus infeksiyasına yoluxmuşdu. Düşənbədəki 5 saylı Klinik Xəstəxanada müalicə alırdı.

Raxmonova çərşənbə günü Tacikistanın cənubundakı Danqara bölgəsindəki kiçik vətənində dəfn ediləcək.