Tacikistan KTMT-yə müraciət etdibackend

Tacikistan KTMT-yə müraciət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tacikistan Əfqanıstanla sərhəddə yaranmış vəziyyətlə bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət edib.
Yeniavaz.com “ria.ru”ya istinadən xəbər verir ki, bu fikri Tacikistanın KTMT-dəki rəsmi nümayəndəsi Həsən Sultanov təşkilatın Daimi Şurasının iclasında səsləndirib. O, iclasda Kollektiv Təhlükəsizlik Şurasının 2013-cü il 23 sentyabr tarixli qərarını xatırladaraq, ölkəsinə kömək edilməsini istəyib. Məqsəd Əfqanıstan tərəfindən gələ biləcək hər hansı bir bir təhlükəyə qarşı əvvəlcədən tədbir almaqdır.
Qeyd edək ki, eyni məsələ ilə bağlı Rusiyanın xarici işlər naziri Sergey Lavrov da fikir bilidirib. Onun sözlərinə görə, KTMT Əfqanıstandan Tacikistana qarşı yönəlmiş hər hansı bir təhlükə anında bu ölkəyə kömək etməyi nəzərdən keçirəcək. O həmçinin təşkilat üzvləri olan dövlətlərdən məsələdə yaxından iştirak etməyi istəyib.