Tac Mahalda namaz qılmaq qadağan edildibackend

Tac Mahalda namaz qılmaq qadağan edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Hindistanda yerləşən Tac Mahal Türbəsində vaxt namazı qılmaq qadağan edilib.
Qaynarinfo xəbər verir ki, Hindistan Arxeoloji Tədqiqatlar Təşkilatının tələbi ilə Ali Məhkəmə bu barədə qərar verib. Türbədə dəstəmaz almaq üçün istifadə edilən su tankları möhürlənib. Tac Mahal İntizam Komitəsinin sədri Seyid İbrahim Hüseyn yeni qaydaya etiraz edərək rəsmiləri anti-İslam mövqelərinə görə tənqid edib. Ötən aylarda isə məbəddə cümə namazları qadağan edilmişdi.
Qeyd edək ki, bundan sonra Tac Mahalda sadəcə yerli əhalinin cümə namazı qılmasına icazə veriləcək.