Tribuna İnformasiya Agentliyi

Tərlan Novxanılı əməliyyat olundu – VİDEO

24 May

Azərbaycanın tanınmış müğənnisi və meyxana ustadı Tərlan Novxanılı bu gün “Health Baku Medical Center” Klinikasında əməliyyat olunub.

Klinikanın təcrübəli cərrahı DR. Hüseyn Məmmədov tərəfindən burun əməliyyatı olunan T.Novxanılının əməliyyatı uğurla başa çatıb və o, özünü hazırda çox yaxşı hiss edir. Sabah xəstəxanadan evə buraxılacağı gözlənilir.

Məsələ ilə bağlı danışan Dr. Hüseyn Məmmədov ona müraciət edərkən tənəffüs çatışmazlığı və burun çəpəri əyriliyindən əziyyət çəkib: «Bi onu əməliyyat etdik və illərdir Tərlanı narahat edən problemdən azad etdik».

Tərlan Novrəsli son illər sürətlə məşhurlaşan müğənni və meyxanaçılardan biridir. Onun Azərbaycanda, Rusiyada, Özbəkistanda və digər Orta Asiya ölkələrində təşkil edilən konsertlərində onminlərlə tamaşaçı iştirak edib.

Xatırladaq ki, Dr. Hüseyn Məmmədov Türkiyə və Avropanın müxtəlif dövlətlərində təhsil alıb və bu sənətin incəliklərinə yiyələnib. Hazırda “Health Baku Medical Center” Klinikasında çalışan Dr. Hüseyn Məmmədov böyüklərdə və uşaqlarda rinoplastika, tonzillektomiya, adenotomiya, septoplastika, haymoratomiya, endoskopik qulaq tüpünün qoyulması, endoskopik sinus cərrahiyyəsi və bütün qulaq-burun-boğaz xəstəliklərinin konservativ müayinə və müalicəsini həyata keçirir.