Tribuna İnformasiya Agentliyi

Təmirsiz Sumqayıt avtovağzalının bu günü – FOTOLAR

16 Avqust
Bildiyimiz kimi, istənilən şəhərə ilk dəfə gələn qonaqda şəhər haqqında ümümu fikir, bir növ, vizit kartı sayılan avtovazğzalın vəziyyətindən asılı olaraq formalaşır. Lakin təəssüf ki, ölkənin 3-cü böyük şəhəri olan Sumqayıt avtovağzalının çöl hissəsi heç də ürəkaçan vəziyyətdə deyil.
Bu avtovağzalın girişində təmir işləri gözə dəysə də, çöl hissəsi, yəni avtobusların dayanacağı yenə də bərbad olaraq qalır. Yarım milyonluq əhalisi olan şəhərin bir inzibati avtovağzalı var və gün ərzində azı 5000 sakin bu avtovağzaldan istifadə edir. O zaman bir sual yaranır, avtovağzaldan istifadə edən əhalinin rahatlığı nə dərəcədə təmin edilir? Elə bu sualla da Sumqayıt şəhər Avtovağzalının müdiri Şamil Abbasova müraciət etdik.
Məsul şəxs Xeberle.com-a qısa cavab verərək avtovağzalın təmir olunduğunu dedi: “Yalnız çöl hissənin asfaltlanması qalıb ki, o da yaxın müddətdə tamamlanacaq”. Ümidvarıq ki, qısa müddət ərzində həll onunan digər məsələlər kimi, şəhər rəhbərliyinin müdaxiləsi nəticəsində bu problem də dərhal həllini tapacaq və Sumqayıtın adına layiq avtovağzalı olacaq.
Xədicə Səxavətqızı