Tribuna İnformasiya Agentliyi

Tədqiqat: orqanizmi şəkəri az həzm edənlər daha sağlamdır

08 Noyabr

Şəkərin orqanizmə mənfi təsirini araşdıran amerikalı alimlər yeni qənaət ortaya çıxarıblar. Novator.az-ın məlumatına görə, tədqiqat göstərib ki, müəyyən irsi xüsusiyyətləri olan – orqanizmi bağırsaqdan çox az miqdarda qlükoza, yəni adi şəkər həzm edən insanlar daha sağlamdır.

Ümumilikdə 15 min avropalı və amerikalının səhhəti araşdırılıb. Onların 1200-i orqanizmi bağırsaqdan çox az miqdarda qlükoza həzm edən şəxslər olub.

Tədqiqat göstərib ki, orqanizmi qlükozanı az həzm edənlərdə kökəlmə riski 57%, şəkərli diabetə tutulma riski 42% aşağıdır. Həmin insanlarda ürək çatışmazlığı ehtimalının 47%, ölüm riskinin 34% az olduğu da üzə çıxıb.