SWIFT-dən ayrılma Rusiyaya nə vəd edir?- Ekspert danışırbackend

SWIFT-dən ayrılma Rusiyaya nə vəd edir?- Ekspert danışır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyası (RF) prezidentinin mətbuat katibi Dmitri Peskov banklararası köçürmələrin ötürülməsi üzrə beynəlxalq sistemin söndürülməsi təhlükəsi barədə danışıb. Onun qeyd etdiyi kimi, ölkə opponentlərinin «sanksiya canatmaları», xüsusilə də Amerika Birləşmiş Ştatlarının (ABŞ) çabaları davam edir.

Hələ ilin əvvəlində Dövlət Duması maliyyə bazarları komitəsinin başçısı Anatoli Aksakov ehtimal etmişdi ki, Rusiya çətin ki, beynəlxalq hesablaşma sistemindən kənarlaşdırılsın. Ancaq indi, Peskovun sözlərinə görə, dünya siyasətindəki situasiya Rusiyanı məcbur edir ki, Qərb tərəfdən ola biləcək bütün mümkün təhlükələri nəzərə alsın.

«Bu çalışmalar əsaslandırılmamış və proqnoza gəlməyən xarakter daşıyır. İndiki halda belə situasiya bizi ona məcbur edir ki, ayıq olaq» – Peskov qeyd edib.

Bundan əvvəl Qərb tərəfindən nəzarət edilən beynəlxalq ödəniş sistemindən kənarlaşmanın vacibliyi barədə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bəyan edib.

Rusiya İqtisadiyyat Universitetinin maliyyə menecmeti kafedrasının doseti Ayaz Əliyevin fikrincə, Rusiyanın beynəlxalq köçürmələr sistemindən ayrılması milli valyutanın dövriyyəsinə güclü təsir göstərəcək.

«İxrac əməliyyatlarından əldə olunan valyuta gəlirlərinin həcmi məhdudlaşacaq ki, bu da pul bazası və valyuta bazası arasındakı uyğunluğu pozacaq – iqtisadçı izah edib – Bu halda milli valyutanın qısamüddətli volatilliyi mümkündür, amma sonra hər şey normal hala gələcək».

Ekspertin sözlərinə görə, Rusiya bankları Amerika banklarından sonra, bu sitem üzərindən aparılan əməliyyatların sayına görə liderlərdəndir və əməliyyat həcmi üzrə ikinci onluqda yerləşir.

«SWIFT – etibarlı, ucuz və rahat sistemdir, amma bunun alternativi də var – iqtisadçı bildirib – Bununla əlaqədar olaraq, hesab edirəm ki, hakimiyyət belə qərarlara hazır olmalıdır, çünki belə təhlükələr hələ 2014-cü ildən səslənir».