Svetlana Tixanovskaya: “Lukaşenkonun gedişi zaman məsələsidir”backend

Svetlana Tixanovskaya: “Lukaşenkonun gedişi zaman məsələsidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Aleksandr Lukaşenkonun Belarusun lideri olaraq gələcəyi yoxdur. Onun gedişi isə, sadəcə zaman məsələsidir”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Belarus müxalifətinin liderlərindən Svetlana Tixanovskaya “The Washington Post” qəzetində dərc edilən məqaləsində yazıb. Yazı,- “Belarusdakı rejim qələbəmizi oğurlamaq istəyir. O heç bir şeyə nail ola bilməyəcək”,- başlığı altında dərc edilib.

“Biz dinc etirazlarda israr etməklə yanaşı zorakılığa baş vurulmasının əleyhinəyik. Bir çoxları bizdən bunun nə dərəcədə effektli olduğunu soruşur. Mən isə hesab edirəm ki, bu ən düzgün yoldur. Biz dövlətimiz olaraq geri dönməz bir nöqtəyə gəlmişik. Ona görə də Aleksandr Lukaşenkonun ölkə lideri qalması mümkün deyil”,-deyə yazıda qeyd olunub.

S.Tixanovskaya məqalədə qarşıda duran planları haqqında yazıb.

Həmin planın birinci bəndi olaraq o, dinc etirazların davam etdirilməsinin vacibliyinə diqqət çəkib. Onun fikrincə, Belarus rəsmilərinin anti-təbliğatına rəğmən, küçələrə çıxan insanların sayı günü-gündən artır.
İkincisi, “dövlət aparatının boykotu”nu nəzərdə tutur. S.Tixanovskayanın iddiasına görə, bir çox özəl müəssisələr dövlət bankları ilə əməkdaşlığı dayandırıb. Belarus müxalifətçisinin düşüncəsinə əsasən, həmin özəl qurumlar dövlət zavodlarından hər hansı məhsulu götürməkdən və ya buna görə ödəniş həyata keçirməkdən imtina etməlidir.

Bundan başqa Svetlana Tixanovskaya mübarizə yollarının arasında düzgün informasiya siyasətinin aparılması, jurnalistlərin və blogerlərin dəstəklənməsinin əhəmiyyətini vurğulayıb.