Şvarsenegger Milad bayramı münasibətilə yoxsul amerikalılara 25 ev bağışlayıbbackend

Şvarsenegger Milad bayramı münasibətilə yoxsul amerikalılara 25 ev bağışlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika aktyoru, idmançısı, Kaliforniya ştatının keçmiş qubernatoru Arnold Şvarsenegger şəxsi vəsaiti hesabına yoxsul amerikalılara 25 ev tikib və Milad bayramı ərəfəsində onlara bağışlayıb.

TİA.AZ  xəbər verir ki, “Terminator” filminin qəhrəmanı bu barədə instaqram hesabında məlumat verib.

“Mən Milad bayramını bu gün erkən qeyd etdim. Evsiz veteranlara bağışladığım 25 ev burada – Los-Ancelesdə tikildi. Qəhrəmanlarımızla vaxt keçirmək və onları yeni evlərində qarşılamaq çox gözəl idi”, – deyə Şvarsenegger yazıb.

Qeyd edək ki, Los-Ancelesin şimal-qərbində çoxsaylı evsiz insanlar üçün “Tiny Homes Village” tikilib, burada sakinlərə gündə üç dəfə yemək verilir və iş tapmaqda köməklik edilir.

2020-ci ilin məlumatına görə, Los-Ancelesdə təxminən 66 436 nəfər evsiz insan var.