Sutkada 1200-ə çatan ölüm, 40 min yoluxma – Rusiyada epidemioloji fəlakət davam edirbackend

Sutkada 1200-ə çatan ölüm, 40 min yoluxma – Rusiyada epidemioloji fəlakət davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 4-də Rusiyada COVID-19-dan ölüm 1192 nəfərə çatıb. Bu gün – noyabrın 5-də isə 1195 ölüm, 40 mindən çox yoluxmanın qeydə alındığı açıqlanıb.

146 milyon əhalisi olan Rusiyada indiyədək 8.7 milyondan çox yoluxma, 244 min 447 ölüm qeydə alınıb. Rusiya ölü sayına görə Avropada birinci, dünyada Birləşmiş Ştatlar, Braziliya və Hindistandan sonra dördüncüdür.

“Rosstat” dövlət statistika xidməti isə COVID-19-dan ölümləri daha geniş kriteriyaya əsasən hesablayır və sentyabrın sonunadək koronavirusdan 462 minə yaxın ölüm hesablayıb. Rusiyanın bir sıra regionları oktyabrın sonundan qüvvədə olan qeyri-iş günlərini noyabrın 7-dən sonraya uzadıblar.

Baş nazirin sosial siyasət üzrə müavini Tatyana Qolikova noyabrın 5-də bu həftə durumun daha 7 regionda, eləcə də Tatarıstan, Tuva və Çuvaş respublikalarında pisləşdiyini deyib.