Şuşanın erməni işğalından azad edilməsi Azərbaycanın Moldovadakı səfirliyində qeyd edilib – FOTOLARbackend

Şuşanın erməni işğalından azad edilməsi Azərbaycanın Moldovadakı səfirliyində qeyd edilib – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cari ilin 8 noyabr tarixində Azərbaycanın Moldovadakı Səfirliyində Şuşanın erməni işğalından azad edilməsinə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə Moldova sakinləri Səfirliyə toplaşaraq şanlı qələbə gününü qeyd etmişdir.

TİA.AZ xəbər verir ki,Tədbirdə çıxış edən səfir Q. Osmanov qədim şəhəri olan Şuşanın Azərbaycanın tarixində mühüm yerə malik olduğundan söhbət açaraq mədəniyyət, incəsənət və tarixin beşiyi sayılan Şuşanın işğaldan azad edilməsi münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, bu qələbənin əldə edilməsində Ali Baş Komandan başda olmaqla müzəffər Azərbaycan Ordusuna təşəkkürünü bildirmiş, vətən uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət diləmişdir. Eyni zamanda, səfir Q.Osmanov Moldovada yaşayan azərbaycanlıların bu qələbədən ruhlanaraq erməni icmasının təcavüzkar fəaliyyətinə qarşı daha da güclənməyə çağırmışdır. Səfir Ali Baş Komandanın polad yumruğunda səriştəli siyasi iradə, Azərbaycan əsgərinin gücü və xalqın birləşdiyini qeyd etmişdir. Nitqinin sonunda prezidentimizin sözlərini xatırladaraq bu yumruğun haqq yolunda dünyaya Azərbaycan həqiqətlərini çatdırmağa davam edəcəyini bildirmişdir.

Moldovada azərbaycanlıların ağsaqqalı kimi tanınan iş adamı Firuz İsayev çıxışında Azərbaycanda aparılan uğurlu daxili və xarici siyasətin nəticəsi olaraq qələbə əldə edildiyini, dinindən, etnik mənsubiyyətindən və doğulduğu bölgədən asılı olmayaraq hər bir azərbaycanlının bir amal ətrafında sıx birləşdiyini dilə gətirmişdir. Şuşanın mədəniyyət ocağı olduğunu bildirərərək, hər bir azərbaycanlı gəncə Şuşa şəhərinə gedərək xalqımızın tarixi keçmişini öyrənməyə səsləmişdir.

Daha sonra tədbirdə iştirak edən türk iş adamı döyüşlərdə əldə edilən uğurlardan fərəh hissi duyduğunu və qardaş ölkələrəmizin hər zaman bir-birinə xoş və çətin günlərdə dəstək olmasının qürurverici olduğunu bildirmişdir.

Bundan əlavə, tədbir zamanı Şuşanın işğaldan azad edilməsinə həsr edilmiş tədbirində Moldovada yaşayaş azərbaycan diasporasının fəal üzvləri çıxış edərək xalqımızı, bütün həmvətənlərimizi qələbə münasibətilə təbrik etmişdir.

Tədbirdə milli mətbəxə məxsus şirniyatlar təqdim edilmiş, həmvətənlərimiz xalqımızın birlik və vətənpərvərlik rəmzi olan qədim “Yallı”nın sədaları altında rəqs etmiş və tədbir qələbə atəşfəşanlığı ilə yekunlaşdırılmışdır.