Şuşada düşmənlə əlbəyaxa döyüşə girən şəhid zabitimiz (VİDEO)backend

Şuşada düşmənlə əlbəyaxa döyüşə girən şəhid zabitimiz (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Onlarla düşmən hərbçisini süngü ilə məhv edib, xeyli yaralı yoldaşını döyüş meydanından çıxararaq həyatını xilas edib…
TİA.AZ xəbər verir ki, söhbət Lerikin Kələxan kəndindən olan şəhid baş leytenant Əliqismət Yaqubludan gedir.
O, 2015-ci ildə Ali Hərbi Məktəbi bitirdikdən sonra Qobustanda yerləşən hərbi hissəyə təyinat alıb. Elə həmin ildə də ərizə yazaraq ön cəbhəyə xidmətə yollanıb.
Aprel döyüşlərində də şücaətləri ilə seçilən Əliqismət 2018-ci ildə Xüsusi Təyinatlı Qüvələrin baş leytenantı kimi xidmət rəisi vəzifəsinə təyin edilib.
Vətən müharibəsində Murovdağ yüksəkliyi, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Laçının bir neçə kəndinin azad edilməsində qəhrəmanlıqlar gösətərən Əliqismət Şuşada əlbəyaxa döyüşə girənlərdən olub. Döyüş yoldaşları da onun qorxmaz və çox vətənpərvər zabit olduğunu bildiriblər.
İndi şəhid zabitdən geriyə iki övladı-5 yaşlı Əliəsgər və 3 yaşlı Məhəmməd qalıb. Sonuncu zəngində ailəsindən də övladlarının vətənpərvər yetişdirilməsini istəyib.
Əliqismət Yaqublu ölümündən sonra “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” meadlları ilə təltif edilib.