Şuşada azərbaycanlı polislər fəaliyyətə başladıbackend

Şuşada azərbaycanlı polislər fəaliyyətə başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şuşa Rayon Polis Şöbəsinin əməkdaşları artıq işğaldan azad olunmuş Şuşa şəhərində vəzifələrinin icrasına başlayıb.

Daxili İşlər Nazirliyindən TİA.AZ-a verilən məlumata görə, rayon mərkəzi olan Şuşa şəhərində yerli Polis Şöbəsinin bərpasına başlanılıb.

Polis əməkdaşları Şuşaya azərbaycanlı əhalinin köçürülməsindən sonra ölkədə tətbiq olunan komendant rejiminin tətbiqində iştirak edəcək.

Yaradılan komendatura rejimində komendant Şuşa Rayon Polis Şöbəsinin rəisi komendant kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, dünən Xocavəndin Hadrut qəsəbəsində Rayon Polis Şöbəsinin fəaliyyətə başlamasına dair xəbər yayılmışdı.