Şuşa yol polisinin rəisi qəzaya düşdü, iki nəfər öldü (VİDEO)backend

Şuşa yol polisinin rəisi qəzaya düşdü, iki nəfər öldü (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Füzuli şəhəri ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.
DİN Mətbuat xidmətindən Tia.az-a verilən məlumata görə, martın 13-də saat 14 radələrində Füzuli şəhəri ərazisində Novruz Orucovun idarə etdiyi “Mercedes” və İ.Hümbətovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.
Nəticədə N.Orucov və sərnişini Təvəkkül Əliyev hadisə yerində ölüb, digər sürücü və 3 sərnişini xəstəxanaya yerləşdiriliblər.
Füzuli RPŞ-də araşdırma aparılır.
Qaynarinfo-nun Qafqazinfo-ya istinadən məlumatına qəzaya düşən “Mercedes”lərdən birini idarə edən şəxs İlqar Hümbətov olub. O, Şuşa rayon yol polisinin rəisidir. Mayor rütbəli Hümbətov da qəzada xəsarət alaraq xəstəxanaya yerləşdirilib.