Şuşa və Ağdama getmək istəyənlərin NƏZƏRİNƏbackend

Şuşa və Ağdama getmək istəyənlərin NƏZƏRİNƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şuşa və Ağdam şəhərlərinə müntəzəm avtobus reysləri ilə bağlı bəzi anlaşılmazlıqlar meydana gəlib.

Bəzi vətəndaşlar Bakı-Şuşa-Bakı istiqamətində marşrutlar üçün bilet tapmaqda çətinliklər yaşadıqlarını, biletlərin daha erkən tükəndiyini və ya satış portalında problemin ola biləcəyini bildirirlər.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) bildirildi ki, sərnişin daşınması ilə bağlı sistemliliyin təmin edilməsi və sərnişindaşımaya dair məlumat bazasının formalaşdırılması məqsədilə Şuşa və Ağdam marşrut xətləri üzrə bilet satışı onlayn qaydada həyata keçirilir:

“Təhlükəsizliyin təmin edilməsi, işğaldan azad edilmiş ərazilərə giriş icazəsinin bilet alışı prosesi ilə sinxronlaşdırılması, güzəşt tətbiq ediləcək şəxslərin müəyyənləşməsi, habelə pandemiya şəraitində yoluxma risklərinin minimuma endirilməsi üçün www.yolumuzqarabaga.az onlayn bilet satışı portalı müvafiq informasiya sistemlərinə inteqrasiya edilib”.

Qurumun açıqlamasına görə, hər ay üzrə biletlər satışa çıxarılarkən bu barədə KİV vasitəsilə elan verilir: “Müəyyən marşrutlarda biletlər daha tez satılır. Lakin bu günə qədər hər hansı bir istiqamət üzrə biletlərin saniyələr ərzində satılması və ya saytın fəaliyyətində problemlər qeydə alınmayıb”.

“Aylar üzrə marşrutların təhlili aparılır. Tələbat və bilet satışı dinamikası, eləcə də vətəndaşların istəkləri nəzərə alınaraq, avtobusların hərəkət cədvəllərində müəyyən dəyişikliklər edilir.”, – deyə DANX tərəfindən qeyd edilib.