Şuşa şəhərinin topoqrafik xəritəsinin hazırlanması işlərinə başlanılıbbackend

Şuşa şəhərinin topoqrafik xəritəsinin hazırlanması işlərinə başlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağ bölgəsində tikinti-abadlıq işlərinin və yeni infrastruktur layihələrinin icrası məqsədilə ərazilərin topoqrafik vəziyyətinin xəritələndirilməsi işləri həyata keçirilir.

Tia.az-ın xəbərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya müəssisəsinin rəhbəri Nazim İsmayılov bildirib ki, işlərə ilkin olaraq Şuşa şəhərindən başlanılıb və bu proses bölgənin bütün ərazilərini əhatə edəcək.

Hazırda mütəxəssislərimizdən ibarət yaradılmış qrup tərəfindən Şuşa şəhərinin coğrafi və geometrik elementlərinin öyrənilməsi və detallı topoqrafik xəritənin hazırlanması üçün işlər aparılır.

Müəssisə rəsmisinin sözlərinə görə Qarabağ regionu və ətraf rayonlarda iqtisadiyyatın bütün sahələri üzrə infrastruktur layihələrinin həyata keçirilməsi üçün ilk öncə ərazilərin topoqrafik xəritələrinin hazırlanması vacibdir və bu xəritələr aparılacaq yenidənqurma işlərinin icrasına əsaslı zəmin yaradacaq.