“Survivor-2021”in qalibi bəlli oldubackend

“Survivor-2021”in qalibi bəlli oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Tv 8” ekranlarında yayımlanan “Survivor-2021” yarışmasının qalibi bəlli olub.
 “Könüllülər” və “Məşhurlar” komandası arasında uzun sürən mübarizədən sonra İsmail Balaban və Yiğit Poyraz finala çıxma şansı qazanıb. Ötən gün baş tutan finalda isə İsmail Balaban “Survivor-2021”in qalibi olub.
Sevinc gözyaşlarına boğulan idmançı çox xoşbəxt olduğunu və səs verən hər kəsə təşəkkür etdiyini deyib.
Qeyd edək ki, Konyaaltı idman yarışları güləşçisi İsmail Balaban 1987-ci ilə Antalya Elmalı bölgəsindəki Akçay kəndində anadan olub.
Orta məktəbi bitirdikdən sonra təhsilini Balaban Adnan Menderes Universitetində “Bədən tərbiyə müəllimi” ixtisası üzrə davam etdirib.
Daha sonra yarışlara qatılaraq bir sıra nailiyyətlər qazanıb. Karyerası boyunca çoxsaylı yarışlarda iştirak edib.
Sonuncu dəfə isə 2013-cü ildə qatıldığı yarışda rəqibinin dopinq testi müsbət çıxdığı üçün o, qızıl kəmərə sahib olub.