backend

Sürücüləri belə aldadırlar – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Orijinal ehtiyat hissəsi adı ilə aldı, avtomobilinə qoydurduqdan qısa müddət sonra eyni xərci bir də çəkməli oldu. 
 

Orijinal ehtiyat hissəsi adı ilə aldı, avtomobilinə qoydurduqdan qısa müddət sonra eyni xərci bir də çəkməli oldu. Çünki qoyulan detallar tezliklə sıradan çıxıb. Maşın ustası sürücüdən pulu alaraq özü ona orijinal ehtiyat hissələri alacağına söz verib. Amma qısa müddətdən sonra detalların sıradan çıxması onların orijinal olmadığını üzə çıxarıb.

 

TİA.AZ “Xəzər xəbər”ə istinadən xəbər verir ki, sürücü Anar Abdullayevin başına gələn bu hadisə saxta ehtiyat hissələri problemini gündəmə gətirir.

 

Ustalar bildirir ki, ehtiyyat hissələri bazarında eyni məhsulun bir neçə çeşidi olduğundan alqı-satqı prosesində iştirak etməyən sürücünü asanlıqla aldatmaq olar. Elə buna görə də hər bir sürücü ehtiyat hissəsi alarkən özü seçim etsə yaxşıdır.

 

Ehtiyat hissəsindən anlayışı olmayan sürücülər də müxtəlif qiymətlərdə olan eyni məhsulu tələb edə və aralarındakı fərqi görə bilər.

 

Eytiyat hissələri mağazalarından isə bildirilir ki, adətən sürücülər özləri müraciət edərək keyfiyyətli malı almağa çalışırlar.

 

Ustaların sözlərinə görə isə, ucuz ehtiyat hissəsi tez-tez sıradan çıxdığından sürücüləri daha çox ziyana salır.