Sürücülərə müjdə: Azərbaycanda Aİ-93, 95, 98 markalı benzin istehsal ediləcəkbackend

Sürücülərə müjdə: Azərbaycanda Aİ-93, 95, 98 markalı benzin istehsal ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“2023-cü ildə Azərbaycanda Aİ-95 və Aİ-98 markalı benzin istehsal ediləcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında neft-qaz üzrə ekspert İlham Şaban Azərbaycanda Aİ-95 və Aİ-98 markalı benzin istehsalının mümkünlüyündən danışarkən deyib:

“Bu mümkündür. H. Əliyev adına Neft Emalı Zavodunda həyata keçirilən modernizasiya işləri də məhz bu məqsədə xidmət edir. 2014-cü ilin aprel ayına qədər Azərbaycanda Aİ-95 markalı benzinin yerli istehsalı mövcud idi. Ancaq natural, yüksək oktanlı benzin deyildi. Çünki emal müəssisəsi yüksək oktanlı benzin istehsalına hesablanmamışdı. Sadəcə, Aİ-92 markalı benzinə kimyəvi aşkarlar qatmaqla onun oktan dərəcəsini artırırdılar. O isə müəyyən müddətdən sonra öz xüsusiyyətlərini itirirdi”.
Həmsöhbətimiz bildirir ki, hazırda Neft Emalı Zavodunda 17 qurğu tamamilə yenidən tikilir:
“Bu qurğular istismara verildikdən sonra əvvəl dizel yanacağı, sonda da yüksək oktanlı benzin, o cümlədən aşağı oktanlı Aİ-93 markalı benzin istehsal etmək mümkün olacaq. 2023-cü ildə isə Aİ-95 və Aİ-98 markalı benzin də istehsal ediləcək”.