Tribuna İnformasiya Agentliyi

Suriyaya zərbə endirən ABŞ, Fransa və Britaniya qırıcıları Qətərdən uçub

14 Aprel

Suriyada obyektlərin vurulmasında iştirak edən Qərb ölkələrinə məxsus qırıcılar ABŞ-ın Qətərin paytaxtı Dohadakı Əl-Udeyd bazasından havaya qalxıb.

“Report” xəbər verir ki, bu barədə şənbə günü “Al-Mayadeen” telekanalı məlumat yayıb.

ABŞ prezidenti Donald Tramp cümə günü Suriyaya zərbə endirilməsi barədə göstəriş verib və ABŞ, Fransa və Britaniya hərbi qüvvələri Suriyaya qarşı hərbi əməliyyatlara başlayıb.