Tribuna İnformasiya Agentliyi

Suriyanın bombalanması nəticəsində 18 iranlı hərbçi ölüb

30 Aprel

Suriyada hərbi bazanın bombalanması nəticəsində 18 iranlı hərbçi həlak olub.

“Report” “İSNA”ya istinadən xəbər verir ki, onların arasında İnqilab Keşikçiləri Qvardiyasının yüksək rütbəli zabitləri də var.

İranın bu agentliyinin məlumatına dünyanın bir çox KİV-ləri, o cümlədən “Associated Press” istinad edib və iranlı hərbçilərin ölməsi barədə məlumat yayıb.

İran rəsmiləri isə Suriayaya endirilən raket zərbələri nəticəsində iranlıların ölmədiyini deyiblər.

“Sky News”un ərəb dili redaksiyası isə bildirib ki, Suriyadakı rejimin başçısı Bəşşar Əsədə aid silah anbarına hücum nəticəsində azı 40 nəfər ölüb, 60 nəfər yaralanıb.

Suriyaya hava zərbələrinin hansı ölkə tərəfindən endirildiyi hələlik məlum deyil. ABŞ, Böyük Britaniya və İsrail rəsmiləri hadisə ilə bağlı açıqlama verməyiblər.

Qeyd edək ki, aprelin 30-da gecə saatlarında Suriyada Bəşşar Əsədə sadiq hərbçilərin və İran İnqilab Keşikçiləri Qvardiyası silahlılarının yerləşdiyi hərbi bazanın raket atəşinə tutulması nəticəsində 38 nəfər ölüb, 57 nəfər yaralanıb. Raket zərbələrinin təsirindən bölgədə 2,6 bal gücündə zəlzələ olub.