Tribuna İnformasiya Agentliyi

Suriyada qəzaya uğrayan Rusiya təyyarəsindəkilərin hamısı hərbçi olub

07 Mart

Rusiyanın “An-26” təyyarəsinin Suriyada qəzaya uğraması nəticəsində bir general-mayor, 26 zabit, çavuş və müddətdən artıq hərbi xidmətdə olan hərbçilər həlak olub.

TİA.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

“Faciə nəticəsində biri general-mayor rütbəli olmaqla 27 zabit, həmçinin çavuş və müddətdən artıq hərbi xidmətdə olan hərbçilər ölüblər. “An-26″nın göyərtəsində bir nəfər də olsun mülki şəxs olmayıb”, – deyə məlumatda bildirilir.