Tribuna İnformasiya Agentliyi

Suraxanı rayonunun Zığ qəsəbəsində növbəti səyyar görüş keçirilib – Fotolar

03 May

Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun Zığ qəsəbəsi, Zığ Mədəniyyət evində sakinlərlə növbəti səyyar görüş-qəbulu olub

 Görüşdə Milli Məclisin deputatı Sevinc Fətəliyeva, “Azərsu” ASC-nin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Zığ qəsəbəsi İƏD üzrə nümayəndəsi, Bələdiyyə sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak edib.

Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov əvvəlcə sakinlərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar, o cümlədən minimum əməkhaqlarının və pensiyaların, tələbələrin təqaüdlərinin, müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərin əhəmiyyətli dərəcədə artırılması, 12 mindən çox şəhid vərəsəsinə 11 min manat məbləğində birdəfəlik vəsaitin ödənilməsi, məcburi köçkünlərin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, bəzi çoxmərtəbəli binalarda mənzillərin sənədləşdirilməsi, eyni zamanda problemli kreditlər sahəsində vətəndaşların maliyyə yükünün azaldılması və müavinətlərin artırılması istiqamətində həyata keçirilən tədbirlər, verilmiş mühüm göstərişlər barədə tam dolğunluğu ilə məlumat verib.

Səyyar görüş-qəbulda Zığ qəsəbəsində su və kanalizasiyə şəbəkəsinin yaxşılaşdırılması ilə bağlı “Azərsu” ASC-nin hazırladığı layihələr müzakirə edilmiş və sakinlərin diqqətinə çatdırılmışdır ki, yaxın zamanlarda layihələr üzrə işlərə başlanılacaqdır.

Görüşdə, eyni zamanda sakinlərin şikayət və təklifləri dinlənilmişdir. Sakinlər həllini gözləyən problemlər barədə danışıblar.

Səyyar görüş-qəbulda sakinləri narahat edən müxtəlif məsələlərə rayon rəhbəri tərəfindən aydınlıq qətirilmiş, müvafiq izahatlar verildi və qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.