“Suqovuşanın azad olunmasına görə” medalı ilə 10 647 hərbçi təltif edilibbackend

“Suqovuşanın azad olunmasına görə” medalı ilə 10 647 hərbçi təltif edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev iyunun 24-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

TİA.AZ xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 min 647 hərbi qulluqçusu “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

Təltif edilənlərin 1-i general-mayor, 11-i polkovnikdir.