Supermarketlər də qiymətləri QALDIRIBbackend

Supermarketlər də qiymətləri QALDIRIB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mağazalarda ərzaq məhsullarının qiyməti durmadan artır. Bu vəziyyət təbii ki, vətəndaşları narazı salmaya bilməz. Bahalaşma supermarketlərdə də nəzərə çarpır.
Modern.az saytının əməkdaşı paytaxtda yerləşən tanınmış supermarketlərə nəzər yetirərək, hazırkı vəziyyətlə maraqlanıb və eyni məhsulların fərqli marketlərdəki qiymətlərini müqayisə edib.

Müşahidə apardığımız “Bravo”, “Araz” və “Bazarstore” supermarketlərində qiymət dəyişikliyi nəzərə çarpacaq dərəcədə hiss olunur.

Belə ki, 1 kq “Oman” ununun qiyməti “Araz” supermarketində 1.69, “Bazarstore”da “Araz”a nisbətdə 14 qəpik ucuz – 1,55 manat təşkil edir.

“Bravo”da isə bu qiymət hər iki marketlə müqayisədə daha ucuz – 1,24 AZN-dir.
“Ankara” markalı qarabaşağın qiyməti “Araz”da 3,09, “Bazarstore”da “Araz”a nisbətdə 9 qəpik ucuz olaraq 3 manat təşkil edir.

“Bravo”da da qarabaşaq 3,09 AZN-dir.

“AzərSüd”ün qiyməti “Araz”da 2,39, “Bazarstore”da 2,38, “Bravo”da isə hər ikisindən uzuz olaraq 1,75 manatdır.

“SuperSun” yağlarının qiyməti “Araz”da 33,79, “Bravo”da 33,50 və “Bazarstore”də isə hər ikisinə nisbətdə daha baha 36,55 AZN təşkil edir.

“Ankara”nın mərcisi və bu firmanın makaronları hər üç supermarketdə eyni qiymətə (mərci– 3,35, makaron – 1,35) təklif olunur. Eyni zamanda, “Atena” ayranları da hər üç marketdə eyni qiymətə -1,55 AZN-ə satılır.

“Azərduz” duzunun qiymətini üç marketlə müqayisədə ən baha “Bazarstore”də müşahidə etdik (41 qəpik), amma digər “Araz” və “Bravo” supermarketlərində qiymət eyni (39 qəpik) dəyərə sahibdir.

“Azərşəkər”in qəndlərinə diqqət etdikdə görərik ki, ən ucuz qənd “Bravo”da – 1,51, ən baha isə “Bazarstore”da 2,05 AZN-dir. “Araz” da isə “Azərşəkər” qəndləri 1,91 AZN təşkil edir.

“Final” tomat pastası hər üç marketdə eyni qiymətə (2.83 AZN) satılır.

“Möcüzə” kərə yağı “Araz”da 1,15, “Bazarstore”da 1,13, “Bravo”da isə 1,09 AZN-dir.

“Head shoulders” saç şampunları “Araz”da 7,79, “Bazarstore”da 7,35, “Bravo”da isə endirimdə olduğu üçün 5 AZN təşkil edir.

“Final” duru yağları “Araz” və “Bazarstore”da eyni – 4.99, “Bravo”da isə 4.46 AZN təşkil edir.