Süni tənəffüs cihazına qoşulan xəstə sayı açıqlandı – RƏSMİbackend

Süni tənəffüs cihazına qoşulan xəstə sayı açıqlandı – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu gün Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 558 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 475 525-ə çatıb.
Bu barədə  Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Hazırda müalicəsi davam etdirilən koronaviruslu xəstələrin sayı 7 393-ə bərabərdir. Xəstələrdən 213 nəfəri reanimasiyadadır ki, onlardan da 36-sı süni tənəffüs cihazına qoşulub.
Xatırladaq ki, iyunun 29-da Azərbaycanda koronavirus infeksiyasına daha 544 yoluxma faktı qeydə alınıb, 343 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış səkkiz nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 16 968 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 9 369 nəfər müalicə olunaraq sağalıb, 206 nəfər vəfat edib.