Tribuna İnformasiya Agentliyi

Sunamidə ölənlərin sayı 281-ə çatdı

24 Dekabr

Dekabrın 22-də İndoneziyada baş vermiş sunami nəticəsində ölənlərin sayı 281 nəfərə çatıb. Modern.az “Ria Novosti”yə istinadən xəbər verir ki, hazırda xilasetmə işləri davam edir.

Ölü sayının artacağı gözlənir. Hadisə zamanı 1000-dən çox adam yaralanıb.

Leysan yağışlar xilasetmə işlərini əngəlləyir, azı 50 nəfərin də itkin düşdüyü bildirilir.

Sumatra adasının cənubunda və Yava adasının qərb ucqarında nəhəng sunami dalğası yüzlərlə evi, oteli, digər binaları yuyub aparıb.

Nəticəsində 12 minə yaxın adam evindən didərgin düşüb.