Tribuna İnformasiya Agentliyi

Sunami dalğası pop qrupunu səhnədə vurdu – Video

24 Dekabr

İndoneziyada baş verən sunami fəlakəti pop qrupunun konsertini də vurub.

“Seventeen” pop qrupu səhnədə olarkən nəhəng dalğalar dəmir konstruksiyaları aşırıb.

Məlumata görə, hadisə nəticəsində qrupun gitaristi və meneceri dünyasını dəyişib.

Qrupu daha üç üzvü və musiqiçilərdən birinin həyat yoldaşı isə itkin düşüb.

Son məlumatlara görə, təbii fəlakət nəticəsində ölənlərin sayı 168-ə, yaralıların sayı isə 745-ə çatıb. (Qafqazinfo.az)