Tribuna İnformasiya Agentliyi

SÜNİ DÜYÜ ÖLKƏMİZƏ İCAZƏSİZ NECƏ GƏTİRİLİR?

28 Noyabr

Hələ ötən il sosial şəbəkələrdə düyülərin plastikdən hazırlanmasını əks etdirən video yayılmışdı. 

Hələ ötən il sosial şəbəkələrdə düyülərin plastikdən hazırlanmasını əks etdirən video yayılmışdı


Çində çəkilən buvideoda ucuz mal arxasınca qaçan istehsalçıların düyünü fabrikdə sintetik materialdan hazırlayırlar. Ancaq bu düyünün də tərkibi tamamilə sintetik deyil. Onun əsasını kartof kraxmalı təşkil edir, az miqdarda plastik isə ona düyü forması vermək üçün istifadə olunub.

 Əsl düyüləri ələ götürəndə onların birinin böyük, birinin balaca, bəzilərinin qırıq olduğu görünür. Sintetik düyülər isə hamısı standart – eyni ölçüdə və formada olur.Hətta onları yanaşı qoyduqda süni düyü daha çox göz oxşayır, nəinki təbii yolla əldə edilən düyü.

Qeyd edək ki,  ötən ildə satışda saxta düyülərin olması barədə iddialar səslənirdi. İddialara görə müxtəlif ölkələrdən gətirilən bu məhsulların GMO-lu və orqanizm üçün təhlükəli olduğu vurğulanırdı. Qeyd edək ki, paytaxtda xarici ölkələrdən gətirilmə və mənşəyi məlum olmayan düyülərin satışda olduğu iddia edilir. Marketlərdə satışda çoxluğu yerli düyülər təşkil etsədə,  Pakistan, Hindistan, Rusiya, İran və digər ölkələrdə istehsal olunan düyülərə də rast gəlirik.

Qiymətlər də müxtəlifdir. Xarici ölkələrdən gətirilən düyülərin qiyməti yerli düyülərdən bahadır. Bu da təbii onların ölkəyə gətirilmə xərcləri ilə əlaqəlidir.  

 Hələ ötən il Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Azərbaycanda satışda sintetik düyülərin olmasının mümkünsüz olduğunu belə qeyd etmişdi: “Düyünün kraxmaldan və digər qatqılardan müəyyən standartlar əsasında hazırlanması birmənalı şəkildə istisna olunmur. Onun tərkibinə plastmasın qarışdırılması heç bir standartda nəzərdə tutulmayıb. Belə bir şey mümkün deyil. Düşünürəm ki, Azərbaycanda plastik qarışığı olan düyü yoxdur. Lakin Azərbaycanda GenetikModifikasiya Olunmuş (GMO) düyülər var. Məsələn, qızılı və sarı düyülər Genetik Modifikasiya Olunmuş düyülərdir və əslində, qida üçün yararsızdır. Prezidentin bu barədə xüsusi tapşırıqları olub ki, bu kimi halların qarşısı alınsın. Ancaq buna məhəl qoyan yoxdur. İstehlakçılar mediada yayılan bu məsələlərə rəğmən primitiv təcrübələr apara bilərlər. Məsələn, düyünü yandırsınlar. Spesifik bitki qoxusu verməyən və yanan düyü, əlbəttə ki, saxta düyüdür. Yaxud da düyünü içində su olan bir nəlbəkiyə töküb 10 gün saxlasınlar. O düyü cücərməsə, demək ki, saxtadır və süni yollarla hazırlanıb. Bu təcrübəni istənilən insan evdəetməklə də yoxlaya bilər. Mən inanmıram ki, İrandan gətirilən düyü plastmasla qarışdırılmış düyü olsun. Ancaq süni düyü olması ola bilər. İrandan Azərbaycana GMO düyülərin gətirilməsi istisna olunmur. Çünki İranda İslam ölkəsi olmasına baxmayaraq GMO məhsulları yetişdirilir. O cümlədən də digər ölkələrdən gələn düyülər GMO ola bilər. Ancaq sintetikadan hazırlanan düyülər ölkəmizdə satışda yoxdur”.


Xatırladaq ki, Azərbaycana gələn bitkiçilik məhsulları Kənd Təsərrüfatı Nazirliyi yanında Fitosanitar nəzarət xidmətinin laboratoriyasında təhlil olunur, nəzarətdən keçir, daha sonra o məhsula idxal sertifikatı verilir. Sözügedən qurum hələ bu ilin əvvəlində b barədə mətbuata açıqlama vermişdi. Və açıqlamada bildirilirdi ki, istehlakçıların təlaşı yersizdir. Yəni, Azərbaycan bazarında süni düyü satıla bilməz.

 Amma elə bir neçə gün öncə sosial şəbəkədə evdə hazırladığı yeməyə düyü qatan bir xanım süni düyünün fotolarını paylaşdı. O bildirirdi ki, dovğaya qatdığı düyü sünidir.

İndi belə bir sual yaranır. Dövlət nəzarəti olduğu halda bəzi işbazlar bu cür təhlükəli malı daxili bazara necə gətirib, çıxarır?!



Məlumat üçün onu da bildirək ki, süni düyü məhsulları Çində geniş istifadə edilir. 2008-ci ildə hazırlanan saxta südlə qidalanan 300 min uşaqda böyrək problemləri yaranmış, altı uşaq həmin süddən zəhərlənərək ölmüşdü. Lakin həmin vaxt Pekin Olimpiadası keçirildiyindən, məsələ çox qabardılmadı.

Nüşabə