Sumqayıtlılar üçün yeni kabus: “sehirli” zibillər, dəhşətli üfunət və İH-dən qəribə AÇIQLAMA – FOTObackend

Sumqayıtlılar üçün yeni kabus: “sehirli” zibillər, dəhşətli üfunət və İH-dən qəribə AÇIQLAMA – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
 
Məsələ ilə bağlı Bakupost.az -a danışan Sumqayıt Şəhər İcra Hakimiyyətin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev bildirib ki, sözügedən poliqonu heç kim yandırmır, sadəcə uzun müddət vaxt keçdiyi üçün toplanmış tullantılar yer altında qaz toplamağa, yəni qazlaşmaya səbəb olur və müdaxiləsiz alışma baş verir:
“Bu halın baş verməməsi üçün şəhərdə məişət tullantılarının toplandığı ərazidə qabaqlayıcı tədbirlər görülür. Şəhər icra hakimiyyəti yanında komissiya da yaradılıb və işçi qrupu fəaliyyətə başlayıb. Eyni zamanda, Sumqayıt şəhərində məişət tullantılarının toplanması, daşınması və emalı sahəsində müasir standartlara cavab verən sistemin yaradılması, yeni texnologiyalara əsaslanan zavodun tikilməsi ilə bağlı ilkin layihələndirmə işləri həyata keçirilib. Bununla bağlı layihə müvafiq dövlət qurumlarına təqdim olunub”.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məsələni araşdırıb və Sumqayıtın məişət tullantıları poliqonunun idarə edilməsinə cavabdeh “Sumqayıt şəhər Təmizlik Departamenti” MMC-nin direktoru Atəş Rüstəmov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 4 800 manat məbləğində cərimə olunub.