Sumqayıtın işıqlanmasına nə qədər vəsait xərclənib? – Tenderbackend

Sumqayıtın işıqlanmasına nə qədər vəsait xərclənib? – Tender

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt Küçə İşıqları Təsərrüfat Hesablı Xidmət Sahəsi şəhərin elektrik təminatını həyata keçirmək üçün elan etdiyi tenderə yekun vurub.

Valyuta.az tender müqavilələri portalına istinadən xəbər verir ki, bunun üçün xidmət sahəsi “İnterkabel” firmasını seçib. Elektrik avadanlıqlarının alınması üçün firmaya 295 min 562 manat vəsait ayrılıb.

Satınalma müqaviləsi 2021-ci il martın 6-da imzalanıb. Sənədə əsasən, xidmət sahəsi 128 adda müxtəlif növ led lampalar, avtomat ayırıcı, izolyasiya lenti və digər məhsullar alıb.

Qeyd eədk ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “İnterkabel” 1997-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, ev 5a-da yerləşir.

Şirkətin qanuni təmsilçisi Molanov Yasin Xanoğlan oğludur.