Tribuna İnformasiya Agentliyi

Sumqayıtda yük maşını qəza törətdi: 1 ölü, 3 yaralı

08 Dekabr

Sumqayıt şəhərində ölümlə nəticələnən yol qəzası baş verib. TİA.AZ “Report”a istinadən xəbər verir ki, hadisə  Bakı-Quba yolunun Sumqayıtdan keçən hissəsində  qeydə alınıb. “Kamaz” və “VAZ-21 07” markalı avtomobillər toqquşub.

Nəticədə 1 nəfər ölüb, 3 nəfər ağır yaralanıb. Xəsarət alanlar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Bakı-Sumqayıt yolunda sərnişin avtobusu qəzaya uğrayıb.