Sumqayıtda tullantılar poliqonuna cavabdeh şəxs cəzalandırılıbbackend

Sumqayıtda tullantılar poliqonuna cavabdeh şəxs cəzalandırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt məişət tullantıları poliqonunda baş vermiş yanğının səbəbləri Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin yerli idarəsinin əməkdaşları tərəfindən araşdırılıb.

Xidmətin Regional İdarəsinin rəsmisi Fərid Piriyev TİA.AZ-a bildirib ki, araşdırma zamanı yanğının məişət tullantılarının düzgün idarə edilməməsi və qabaqlayıcı tədbirlərin görülməməsi nəticəsində baş verdiyi aşkar edilib.

O qeyd edib ki, faktla bağlı poliqonun idarə edilməsinə cavabdeh “Sumqayıt şəhər Təmizlik Departamenti” MMC-nin direktoru Atəş Rüstəmov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 4 800 manat məbləğində cərimə olunub: “Gələcəkdə belə halların təkrarlanmaması üçün MMC-yə məcburi göstəriş verilib”