Sumqayıtda səkkiz tibb işçisi koronavirusa yoluxdubackend

Sumqayıtda səkkiz tibb işçisi koronavirusa yoluxdu

Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının səkkiz tibb işçisində koronavirusa görə edilən testlər müsbət çıxılıb”.
TİA.AZ Oxu.az-a istinadən xəbər verir ki, bunu xəstəxananın baş həkimi Rauf Sadıxov bildirib.
O qeyd edib ki, koronavirusa yoluxan əməkdaşlardan evdə və xəstəxanada müalicə alanlar var:
“Xəstəxananın reanimasiya şöbəsinin müdiri Sərvan Hacıyev Bakıda xəstəxanada müalicə alır. Hərdən xəbər yayırlar ki, süni tənəffüs aparatına qoşulub, amma bu, düzgün məlumat deyil. Vəziyyəti stabildir”.
Həkim qeyd edib ki, Sumqayıtda 500 şəxsin koronavirusa yoluxması ilə bağlı məlumat yoxdur:
“Sayı deyə bilmərəm, amma xəstəlik var. Bütün dünyada belədir. Təcili yardım xəstəxanasına müraciət edən xəstələr arasında şübhəlilər olduqda test edilir”.
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki