Tribuna İnformasiya Agentliyi

Sumqayıtda sakinlərin şikayətinə səbəb olan zavod cərimələndi,amma…

15 Oktyabr

Sakinlər zavodun ümumiyyətlə bağlanmasını istəyir

Bir neçə gün bundan əvvəl Tia.az-ın redaksiyasına müraciət edən İnşaatçilar qəsəbəsinin(Pasyolka) bir qrup sakini İnşaatçılar qəsəbəsində fəaliyyət göstərən “Az Lead” MMC-dən şikayət məktubu göndərmişdi. Şikayət məktubunda sakinlər bildirirlər ki,adıçəkilən zavoddan havaya atılan zərərli tullantılar onların sağlamlıqlarına böyük ziyan vurur, rahatlığını pozur.
Əhalinin sıx yaşadığı qəsəbənin düz yanında tikilən zavodun fəaliyyəti ilə bağlı sakinlər dəfələrlə aidiyyatı qurumlara şikayət ediblər.Sakinlər həmçinin saytımız vasitəsilə prezident İlham Əliyevə müraciət edərək zavodun bu özbaşınalığına son qoyulması üçün ondan lazımi göstəriş verilməsini xahiş ediblər.Bu gün isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat üçün yaydığı rəsmi məlumatda bildirlir ki, vətəndaşların şikayətinə səbəb olan ,havanı çirkləndirən metaləritmə zaodu cəzalanıb.

“ Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi 55 ünvanında fəaliyyət göstərən “Az Lead” MMC-yə məxsus metaləritmə zavodundan atmosferə atılan tullantılarla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət əsasında araşdırma və monitorinq keçirilib.
“Nazirliyin əməkdaşları tərəfindən sözügedən ərazinin atmosfer havasından götürülən nümunələr üzərində analizlər aparılıb və etil-benzolun qatılığının normadan 1,6 dəfə artıq olduğu müəyyən edilib”
Bunu jurnalistlərə açıqlamasında 4 saylı Regional ekologiya idarəsinin rəisi Mübariz Vəliyev bildirib.

“Faktla bağlı MMC-nin direktoru Elman Abdullayev barəsində akt və protokol tərtib olunub və o, vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə edilib.

Gələcəkdə belə halların baş verməməsi üçün MMC-nin direktoruna icrası məcburi olan müddətli “məcburi göstəriş”” verilib”-,rəsmi məlumatda qeyd olunur.
Lakin redaksiyamız ilə yenidən əlaqə saxlayan sakinlər qeyd ediblər ki,bu qərar alqışılan qərar olsa da kifayət deyil. Onlar hesab edirlər ki,qəsəbə sakinləri üçün problemlər yaradan ,uşaqlarının sağlamlıqlarına çox böyük zərbə endirən zavodun fəaliyyəti ümumiyyətlə dayandırılmalıdır,məsul şəxslər isə cəzalanmalıdır.

Tia.az