Tribuna İnformasiya Agentliyi

Sumqayıtda şadlıq sarayı belə yandı-VİDEO

25 Avqust

Sumqayıtda şadlıq sarayında yanğın baş verib.

TİA.AZ  xəbər verir ki, hadisə  dünən axşam 17-ci mikrorayonda yerləşən “Nur” şadlıq sarayında qeydə alınıb.

Yanğın toy məclisi olan zaman restoranın mətbəxt bacasından başlayıb.Hadisə yerində FHN-in yanğınsöndürənləri cəlb olunub. FHN-dən  verilən məlumata görə, yanğın zamanı şadlıq sarayında olan 300 nəfərə qədər vətəndaş və 60 nəfər personal təhlükəsiz əraziyə təxliyə edilib. Yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri tərəfindən söndürülüb.Xəsarət alan olmayıb.