Sumqayıtda narkotacir saxlanıldı: Bir kiloqramdan çox heroin ələ keçirildi – FOTO/VİDEObackend

Sumqayıtda narkotacir saxlanıldı: Bir kiloqramdan çox heroin ələ keçirildi – FOTO/VİDEO

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxs saxlanılıb.

DİN-dən milletinsesi.info-a verilən məlumata görə, əməliyyat zamanı Sumqayıt şəhər sakini Məcid Şamilov tutularaq istintaqa cəlb edilib.

Onun üzərində şəxsi axtarış aparılan zaman əlindəki çantadan iki bükümdə ümumi çəkisi bir kiloqramdan artıq olan narkotik vasitə heroin aşkar olunaraq götürülüb.

Məcid Şamilov ifadəsində xarici ölkələrdən birində yaşayan və şəxsiyyəti istintaqla araşdırılan bir nəfərin sifarişi ilə narkotik vasitələrin satışını təşkil etdiyini bildirib. O, narkotik vasitələri 12 min manata aldığını və heroinin pulunu isə onlayn yolla həmin şəxsin göndərdiyini qeyd edib.

Faktla bağlı Məcid Şamilov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.

Saxlanılan şəxsin cinayət əlaqələrinin müəyyən edilməsi stiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki