SUMQAYITDA MÜAVİN ÖZ MƏKTƏBİNDƏN PROKURORLUĞA ŞİKAYƏT ETDİ – KORRUPSIYAbackend

SUMQAYITDA MÜAVİN ÖZ MƏKTƏBİNDƏN PROKURORLUĞA ŞİKAYƏT ETDİ – KORRUPSIYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt şəhər 11 saylı məktəbdə təsərrüfat işləri üzrə direktor müavini işləmiş Abbasov Teymur Təhsil Nazirliyinə müraciət edib. TİA.Az-ın məlumatına görə, nazirliyə məktubunda keçmiş müavin məktəbdəki korrupsiya hallarından bəhs edib.
O, həmçinin Baş Prokurorluq yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsinə müraciət ünvanlayıb. T.Abbasov şikayətini “Təhsil forumu” səhifəsində yayıb.
Sitat: “Amma heç bir nəticəsi yoxdur. Bu faktlardan birincisi – məktəbin müəlliməsi Afaq müəlliməyə 2 sinif vermək və dövlətdən pul çıxartmaq. Direktor 29 sinif açıb, hansı maraqla?
Üçüncüsü, məktəbin direktorunun yaxını, məktəbin fəhləsi Həsənin işə gəlməməsi. Çoxlu faktlar vermişəm, amma baxan yoxdur. Mən hətta təhsil naziri Emin müəllimlə telefonda əlaqə saxlamışam, daxil nəzarətdən İlqar müəllimin qəbulunda olmuşam, təhsil naziri mətbuat katibi Cəsarət müəllimlə əlaqə saxlayıb bütün şikayətləri bildirmişəm, amma baxan yoxdur”.
Şikayətçi deyir ki, Sumqayıt 11 saylı məktəbin direktorunun bacısı insanlara dələduzluq yolu ilə xeyli sayda pul atıb və həbs yatıb: “Görün təhsil nə vəziyyətdədir ki o boyda böyük bir məktəbi kim idarə edir.
Cənab prezident, bu direktorun arxasında hansı məmur durub ki özbaşınalıq edir, Təhsil Nazirliyinin həmin qadına gücü çatmır? Xahiş edirəm bu direktor barəsində göstəris verəsiniz, bir tədbir görülsün”.

TİA.Az