Sumqayıtda məşhur marketin əməkdaşı koronavirusa yoluxdu, 45 nəfər karantinə alındı…backend

Sumqayıtda məşhur marketin əməkdaşı koronavirusa yoluxdu, 45 nəfər karantinə alındı…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda fəaliyyət göstərən “Hiper” marketin işçilərinin birində koronavirus aşkarlandığı ilə bağlı məlumaltlar yayılıb.

Xeberle.com-un əldə etdiyi məlumata görə, bununla yanaşı. orada müqavilə əsasında mühafizə xidməti həyata keçirən şirkətlərdən birinin 2 əməkdaşının da koronavirus testinin nəticələri pozitiv çıxıb. Bu səbəbdən marketin işçilərinin karantinə alındığı bildirilir.

“Hiper” marketdən Xeberle.com-a faktı təsdiq ediblər. Marketdən saytımıza verilən açıqlamada məsələyə belə aydınlıq gətirilib: “Marketin işçilərindən biri 1 həftə idi işə gəlmirdi. İşçinin qızdırması olub və koronavirusla bağlı verilən analiz cavabları pozitiv çıxıb. Bu səbəbdən onunla ünsiyyətdə olduğu ehtimal olunan 45 nəfər əməkdaşımız marketin hesabına evdə karantinə alınıblar. Şəbəkə marketidir deyə digər marketlərdən işçilər çağırılıb və market öz işini davam etdirir”

Marketdən o da bildirilib ki, koronavirus aşkarlanan mühafizə xidmətinin işçiləri marketin əməkdaşları deyil və orada müqavilə əsasında fəaliyyət göstərirlər.