Sumqayıtda məktəbdə pul yığılması ilə bağlı fakt təsdiqini tapıbbackend

Sumqayıtda məktəbdə pul yığılması ilə bağlı fakt təsdiqini tapıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron-Xızı Regional Təhsil İdarəsinə Sumqayıt şəhər 16 nömrəli tam orta məktəbin müəlliminin səs yazısı ilə bağlı məlumat daxil olub.İdarədən APA-ya verilən xəbərə görə, səs yazısındakı iddialarla bağlı dərhal Təhsil İdarəsinin əməkdaşları tərəfindən məktəbdə araşdırma aparılıb.Araşdırma nəticəsində fakt öz təsdiqini tapıb. Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən müvafiq şəxslər barədə qanunvericiliyə uyğun tədbirlər görülüb.

Qeyd edək ki, səs yazısında attestat və digər işlərlə bağlı valideyndən pul tələb olunurdu.