Tribuna İnformasiya Agentliyi

Sumqayıtda kanalizasiya borusu partladı: evləri su basdı – VİDEO

16 Avqust

Sumqayıt şəhər İnşaatçılar qəsəbəsi Kamran Hüseynov küçəsində kanalizasiya borusu partlayıb və nəticədə evləri su basıb.

Artıq 2 gündür ki, mərkəzi küçə ilə kanalizasiya suyu axır.

Qəsəbə sakini Sərxan Əliyevin Xeberle.com-a verdiyi məlumata görə, üfunət iyindən küçəyə çıxmaq mümkün deyil.

Məsələylə bağlı Sumqayıt şəhər Sukanal idarəsinin rəis müavini Qurban Mikayılovla əlaqə saxladıq. Rəis müavini bildirdi ki, qəzanın fəsadlarının aradan qaldırılması ilə bağlı tədbirlər görülür: “Kanalizasiya quyusuna torpaq uçub. Bunun nəticəsində boru tutulub və ötən gün axsamdan idarənin mexaniki və canlı qüvvəsi hadisə yerinə cəlb olunub. Hazırda iş gedir və problem bu gün həllini tapacaq ”