Sumqayıtda iki avtobus toqquşub – 8 nəfər xəsarət alıb (VİDEO)backend

Sumqayıtda iki avtobus toqquşub – 8 nəfər xəsarət alıb (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda iki marşrut avtobusu toqquşub.

APA-nın yerli bürosunun məlumatına görə, səhər saatlarında şəhərin Sülh prospektində 3 nömrəli xətt üzrə hərəkət edən 50 AE 771 dövlət nömrə nişanlı avtobus qarşıdan gedən 9 nömrəli xətt üzrə hərəkət edən 50 AE 731 dövlət nömrə nişanlı marşrut avtobusuna çırpılıb. Nəticəsində 8 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.

Xəsarət alanlar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər. İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub.

Faktla bağlı araşdırma aparılır.