Sumqayıtda idarə rəisi koronavirusdan öldübackend

Sumqayıtda idarə rəisi koronavirusdan öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda idarə rəisi yeni növ koronavirus (COVID-19) infeksiyasından vəfat edib.

TİA.AZ Bakıpost.az-a istinadən xəbər verir ki, Sumqayıt Sukanal İdarəsinin rəisi İlqar Abdullayevə bir müddət öncə koronavirus diaqnozu qoyulub.

Aparılan müalicə tədbirlərinə baxmayaraq vəziyyəti pisləşən İ. Abdullayev Bakıda xəstəxanalardan birində 58 yaşında vəfat edib.

Qeyd edək ki, İ.Abdullayev 2019-cu ilin martından Sumqayıt Sukanal İdarəsinin rəisi vəzifəsində çalışırdı.