Sumqayıtda gənc oğlandan kafe sahibinə qarşı cinayət — TƏFƏRRÜATbackend

Sumqayıtda gənc oğlandan kafe sahibinə qarşı cinayət — TƏFƏRRÜAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt şəhərində 1996-cı il təvəllüdlü Nizami şəxsi münasibətlər zəminində tanışı Elvinə xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Nizaminin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 


Cinayət işi üzrə təqsirləndirlən şəxs qismində ifadə verən Nizami ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, hadisə günü saat 19 radələrində Sumqayıt şəhəri, 8-ci mikrorayonda yerləşən “Odlar Yurdu” kafesində dostu Nihadla çay içərkən orada müştərilər arasında mübahisə yaranıb: “Onlardan biri adını xatırlamadığım tanışım olduğu üçün onlara yaxınlaşdım və mübahisə yaranmasın deyə onları araladım. Sonra onlar sakitləşdi, yerlərinə oturdular”.

Təqsirləndirilən şəxs qeyd edib ki, siqaret çəkmək üçün kafedən çölə çıxıb: “Bu zaman orada işləyən Elvin adlı şəxs mənə yaxınlaşaraq mübahisənin mənə görə yarandığını kobud formada bildirdi. Mən isə Elvinə üzərimə qışqırmamasını bildirdim. Ona mübahisə edənləri ayırmaqdan başqa heç nə etmədiyimi dedim. Elvin məni nalayiq söyüşlərlə söydü. Bu zaman əsəbləşərək Elvinin sifət nahiyəsinə zərbə ilə vurdum. Sonra oradan getdim. Bir qədər sonra yoldan qayıdaraq Elvinlə barışmaq üçün ona yaxınlaşdım. Elvin yenə də məni söyməyə başladım. Elvinə polis çağıracaqlarsa, gözləyəcəyimi dedim. Elvin də polis çağırmayacağını bildirərək məsələnin bağlandığını dedi. Mən də oradan getdim”.

Cinayət işi üzrə zərərçəkmiş Elvinin sözlərinə görə, özünə məxsus “Odlar Yurdu” kafesini işlədir: “Saat 19.00-da kafedə işdə olarkən iki nəfər müştəri ilə aramızda kiçik mübahisə yarandı. Həmin mübahisəni öz dostu ilə birlikdə kafedə digər masada əyləşən Nizami adlı şəxs yaratdı. Sonra Nizami mübahisə etdiyi şəxslərə nəsə dedi, sonra bayıra çıxdı. Nizaminin arxasınca kafedən çıxdım. Nizaminin kafenin arxasında dayandığını gördüm. Nizamiyə yaxınlaşdım və üstünə qışqıraraq nəyə görə mübahisə yaratmasını ona bildirdim. Nizami isə qışqırmadığını, sadəcə olaraq mübahisə edən şəxsləri biri-birindən araladığını və sakitləşdirdiyini dedi. Lakin bir daha Nizamiyə qışqırdım, Nizami yumruq zərbəsi ilə sifət nahiyyəmdən vurdu”.

Elvin ifadəsinin sonunda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayəti olmadığını bildirib. Onların barışması məhkəmə tərəfindən nəzərə alınıb.

Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Nizaminin barəsində olan cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib. Demokrat.az