Sumqayıtda ətrafa iy-qoxu yayan şirkət cəzalandırılıbbackend

Sumqayıtda ətrafa iy-qoxu yayan şirkət cəzalandırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi Facebook səhifəsində canlı yayımlanan “Ekspert saatı”na izləyici tərəfindən Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsinin ərazisinə tullantıların atılması və ətrafa iy-qoxunun yayılması ilə bağlı ünvanlanan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Xidmətin rəis müavini Ramal Bağırov TİA.AZ-a bildirib ki, araşdırma zamanı sözügedən ərazidə fəaliyyət göstərən “Servis-N” MMC-yə məxsus tullantıların əraziyə atılaraq qalaqlandığı faktı təsdiqini tapıb.

O qeyd edib ki, faktla bağlı “Servis-N” MMC barəsində protokol tərtib olunub və Cəmiyyətin hüquqi şəxs qismində 6 500 manatdan 8 000 manatadək cərimələnməsi üçün toplanmış sənədlər Sumqayıt şəhər Məhkəməsinə göndərilib: ”    Ərazinin tullantılardan təmizlənməsi və gələcəkdə belə hallara yol verilməməsi məqsədilə MMC-yə məcburi göstəriş verilib”.