Sumqayıtda dövlət tenderlərini – KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏRbackend

Sumqayıtda dövlət tenderlərini – KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
2020-ci ilin yanvar-dekabr aylarında Sumqayıt Şəhərində dövlət qurumları tərəfindən ümumi məbləği 24 milyon 967 min 522 manat olan 133 tender keçirilib.
TİA.AZ fed.az-a istinadən xəbər verir ki, ən böyük həcmdə tenderi keçirən Sumqayıt  Şəhər  İcra Hakimiyyəti olub. Sumqayıt Şəhər İcra Hakimiyyəti  ümumi məbləği  11 milyon 589 min 405  manat olan 9  tender müqaviləsi bağlayıb. “AS-Təmir Tikinti” MMC İcra Hakimiyyətinin keçirdiyi ən böyük tenderin qalibi olub. Tenderin məbləği 6 milyon 980 min 408 manat təşkil edir.
2-ci böyük tenderin qalibi “PROQRES” XÜSUSİ FİRMASI (4 milyon 191 min 360 manat) olmuşdur.
Sumqayıt Şəhər MKTB Sumqayıtda keçirilən tenderlərin həcminə görə 2 ci yeri tutur. Sumqayıt Şəhər MKTB 2020-ci ildə 5,3 milyon manatlıq müqavilələr imzalayıb. Bu müqavilələrdən ən böyük və sayca ən çoxunu Ximekspress 2000 firmasına məxsusdur. Belə ki, Ximekspress 2000 firması dəyəri 2 milyon 034 min 718 manat, 1 milyon 999 min 359 manat və 297 min 522 manat olan müqavilələr imzalayıb.
Sumqayıt Şəhər Səhiyyə Şöbəsi 18 tenderinin ümumi məbləği 1 milyon 120 min 144 manat olub. Dövlət qurumunun keçirdiyi tenderin ən böyüyünü “AZƏRENERJİ TƏCHİZAT” MMC qazanıb.
Sumqayıt Dövlət Universiteti 5 tenderinin ümumi məbləği 1 milyon 985 min 619 manat olub.
Universitet Yeni Memar MMC ilə dəyəri 1 milyon 818 min 536 manat olan tender müqaviləsi bağlayıb. Qalan 4 tenderin qalibi isə Retro Holdinq MMC olmuşdur.
Bundan başqa Mədəniyyət Nazirliyinin Sumqayıt Regional Mədəniyyət İdarəsi 11 tender, Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanası 8 tender,Sumqayıt Şəhər Narkoloji Dispanseri 7 tender, 1 saylı Sumqayıt Şəhər xəstəxanası 11 tender, 2 saylı Sumqayıt Şəhər xəstəxanası 9 tender, Ə. Əliyev adına Sumqayıt Tibb Kolleci 13 tender keçirib ki, tenderin məbləğləridə müvafiq olaraq 261 min 455 manat ,161 min 064 manat, 71 min 475 manat, 474 min 700 manat, 249 min 188 manat, 240 min 450 manat təşkil edir.
 2020-cu ildə Sumqayıt Şəhərində keçirilən tenderləri təqdim edirik: