Sumqayıtda bu avtobus sürücüləri plan artımına belə etiraz etdilərbackend

Sumqayıtda bu avtobus sürücüləri plan artımına belə etiraz etdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Sumqayıtda fəaliyyət göstərən 10A və 33 nömrəli marşrutların sürücüləri işə çıxmayıblar. TİA.AZ xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilir ki, sürücülər avtobus xəttində gündəlik planın artırılmasına etiraz etdiklərinə görə xəttə çıxmayıblar. Bu səbəbdən də sərnişinlərin çoxu yolda qalıblar.

Cebhe.info-ya daxil olan məlumata görə, 10a nömrəli avtobuslarda ancaq 3 sürücü işə çıxıb. Səbəb kimi isə “Sumqayıt Nəqaliyyat” MMC-nin gündəlik planı artırdığı göstərilir.

Sürücülər yanacağın qiymətinin artmasına görə planın artırıldığını deyirlər.

Avtobusların işləməməsi nəticəsində xüsusilə də 10a ilə Sumqayıt Dəmir Yolu Vağzalına gələn sərnişinlər yolda qalıblar.