Sumqayıtda avtobus sürücüsü bıçaqlanıbbackend

Sumqayıtda avtobus sürücüsü bıçaqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.

ONA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 8-ci mikrorayon ərazisində qeydə alınıb. Şəhərdə fəaliyyət göstərən 9 nömrəli marşrut avtobusunun sürücüsü, 1968-ci il təvəllüdlü Kazım Kazımov nəqliyyat vasitəsini qaraja təhvil verdikdən sonra naməlum şəxs onu bıçaqlayıb. O, ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.